XƏBƏR LENTİ
16 Aprel 2025
15 Aprel 2025
14 Aprel 2025
13 Aprel 2025



Güləşçimiz Bratislavada Avropa çempionu oldu
İdman 20:01 / 13.04.2025

Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Slovakiyanın Bratislava şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb. 60 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz finalda serbiyalı Georgi Tibilovu 7:3 hesabı ilə məğlub edərək ikinci dəfə Avropa çempionu olub.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərimiz 1 qızıl, 1 gümüş və 4 bürünc medala sahib çıxıblar. Giorgi Meşvildişvili (125 kq) Avropa çempionu olub, Osman Nurməhəmmədov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) isə bürünc medallarını qazanıblar.

Yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (57 kq) gümüş, İslam Abbasov (87 kq) isə bürünc medal əldə edib. Azərbaycanın sərbəst güləş millisi komanda hesabında Avropa çempionu olub. Qadın güləşçilərdən isə Jalə Əliyeva (57 kq) bürünc mükafatla təltif edilib.



629 oxunub

InvestAZ