Misli Premyer Liqasının XXX turu çərçivəsində keçirilən "Kəpəz” - "Araz-Naxçıvan” qarşılaşması qolsuz heç-heçə ilə başa çatıb.
Tovuz şəhər stadionunda keçirilən görüşdə hər iki komanda ehtiyatlı oyun nümayiş etdirib və hesab açılmayıb. Bu nəticə hər iki kollektiv turnir cədvəlində mövqeyini qoruyub.
Hazırda "Araz-Naxçıvan” 52 xalla üçüncü pillədə qərarlaşıb. "Kəpəz” isə 28 xalla doqquzuncu yerdə yer alır.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ” "Səbail” üzərində 4:1 hesablı qələbə qazanıb. "Turan Tovuz” öz meydanında "Sabah”ı 2:1, "Şamaxı” isə "Sumqayıt”ı eyni hesabla məğlub edib.