XƏBƏR LENTİ
16 Aprel 2025
15 Aprel 2025
14 Aprel 2025
13 Aprel 2025



Avropa çempionatında daha beş güləşçimiz mübarizəyə başlayır
İdman 10:56 / 12.04.2025
Slovakiyanın paytaxtı Bratislavada keçirilən güləş üzrə Avropa çempionatı davam edir. Bu gün Azərbaycanın daha beş yunan-Roma güləşçisi mübarizəyə başlayacaq. Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Qurban Qurbanov (82 kq) və Murad Əhmədiyev (97 kq) xalça üzərinə çıxacaq. 
Eyni zamanda Eldəniz Əzizli finalda, Murad Məmmədov, İslam Abbasov və Beka Kandelaki isə bürünc medal və təsəlliverici görüşlərdə qüvvəsini sınayacaq.
Xatırladaq ki, sərbəst güləşçilərimiz Avropa çempionatında 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanaraq komanda hesabında çempion olub. Qadın güləşçimiz Jalə Əliyeva isə bürünc medala sahib çıxıb.
Qitə birinciliyinə aprelin 13-də yekun vurulacaq.

1168 oxunub

InvestAZ