XƏBƏR LENTİ
18 Aprel 2025
17 Aprel 2025
16 Aprel 2025
15 Aprel 2025
14 Aprel 2025
13 Aprel 2025



Avropa çempionatı: Dördqat dünya çempionumuz erməni rəqibinə qalib gələrək finala yüksəldi
İdman 19:56 / 11.04.2025

Slovakiyanın paytaxtı Bratislavada keçirilən güləş üzrə Avropa çempionatı davam edir. Bu gün yunan-Roma güləşçilərimiz mübarizəyə başlayıblar. Klassiklərimizdən Eldəniz Əzizli (55 kq) finala vəsiqə qazanıb.  Təcrübəli idmançı yarımfinal mərhələsində Ermənistan təmsilçisi Manvel Xaçatryanı 5:1 hesabı ilə məğlub edərək adını finala yazdırıb. Digər yunan-Roma güləşçilərindən Murad Məmmədov (63 kq), İslam Abbasov (87 kq), Sənan Süleymanov (77 kq) və Beka Kandelaki (130 kq) mübarizəni müxtəlif mərhələlərdə dayandırıblar.

Qeyd edək ki, daha əvvəl sərbəst güləş yığmamız Avropa çempionatında 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanaraq komanda hesabında çempion olub.

Yarışa aprelin 13-də yekun vurulacaq.


1156 oxunub

InvestAZ