XƏBƏR LENTİ
18 Aprel 2025
17 Aprel 2025
16 Aprel 2025
15 Aprel 2025
14 Aprel 2025
13 Aprel 2025



Misli Premyer Liqası: “Qarabağ” XXX turda “Səbail”in qonağı olacaq
İdman 13:35 / 11.04.2025

Bu gün Misli Premyer Liqasında XXX turun oyunlarına start veriləcək. Turun açılış matçında turnir cədvəlinin lideri "Qarabağ” səfərdə "Səbail”in qonağı olacaq.

Paytaxtdakı "ASCO Arena”da keçiriləcək oyunun start fiti saat 19:00-da səslənəcək. Görüşün baş hakimi Tural Qurbanov olacaq. 

Hazırda turnir cədvəlinin zirvəsində qərarlaşan Ağdam təmsilçisi 70 xalla çempionluğa doğru irəliləyir. 20 xalla sonuncu - onuncu pillədə qərarlaşan "Səbail” isə mövsümün sonunda elitada qalmaq uğrunda mübarizəsini davam etdirir.

Qeyd edək ki, XXX turun digər oyunlarına aprelin 13-də yekun vurulacaq.


986 oxunub

InvestAZ