XƏBƏR LENTİ
18 Aprel 2025
17 Aprel 2025
16 Aprel 2025
15 Aprel 2025
14 Aprel 2025
13 Aprel 2025



Azərbaycan Basketbol Liqasında pley-in həyəcanı davam edir
İdman 12:45 / 11.04.2025

Bu gün Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin növbəti oyunları keçiriləcək. Gün ərzində üç maraqlı qarşılaşma baş tutacaq.

Günün ilk oyunu saat 16:00-da başlayacaq. Bu görüşdə "Abşeron" komandası NTD kollektivini Abşeron Olimpiya İdman Kompleksində qəbul edəcək.

Axşam saatlarında isə iki paralel oyun start götürəcək. Saat 19:00-da Sumqayıt Olimpiya İdman Kompleksində yerli "Sumqayıt" klubu "Sərhədçi" ilə üz-üzə gələcək. Eyni saatdaAbşeron Olimpiya İdman Kompleksində "Ordu" və "Quba" komandaları da pley-in mərhələsində güclərini sınayacaq.

Qeyd edək ki, pley-in mərhələsində iki qələbə qazanan komanda pley-off mərhələsinə yüksəlmək hüququ əldə edir.

Xatırladaq ki, ötən gün keçirilən qarşılaşmada "Gəncə" komandası "Lənkəran" üzərində 96:92 hesablı qələbə qazanıb və seriyada üstünlüyü ələ alıb.

Növbəti oyunlar isə aprelin 13-14-nə təyin olunub.



1060 oxunub

InvestAZ