XƏBƏR LENTİ
18 Aprel 2025
17 Aprel 2025
16 Aprel 2025
15 Aprel 2025
14 Aprel 2025
13 Aprel 2025



Avropa Liqasında 1/4 finalın ilk oyunları keçirilib
İdman 01:45 / 11.04.2025

UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına start verilib. Futbolsevərlərin böyük maraqla gözlədiyi qarşılaşmalar gərginliyi ilə seçilib. 

London təmsilçisi "Tottenhem" doğma meydanda Almaniyanın "Ayntraxt" klubu ilə üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Günün ən məhsuldar oyunlarından biri Fransada gerçəkləşib. "Lion" öz meydanında "Mançester Yunayted"i qəbul edib. Bol qollu qarşılaşma 2:2 hesablı bərabərliklə yekunlaşıb. 

Norveçdə isə "Budyo Qlimt" İtaliyanın "Latsio" klubuna qarşı əsl sürprizə imza atıb. Skandinaviya təmsilçisi rəqibini 2:0 hesabı ilə məğlub edərək yarımfinala bir addım da yaxınlaşıb.

Şotlandiyada isə qolsuz qarşılaşma qeydə alınıb. "Reyncers" və İspaniyanın "Atletik" klubu arasında baş tutan görüşdə tərəflər bir-birinin qapısına yol tapa bilməyiblər - 0:0.

Qeyd edək ki, UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları aprelin 17-də keçiriləcək. Həlledici mərhələyə yüksələcək komandalar həmin tarixdə müəyyənləşəcək. 


531 oxunub

InvestAZ