XƏBƏR LENTİ
18 Aprel 2025
17 Aprel 2025
16 Aprel 2025
15 Aprel 2025
14 Aprel 2025
13 Aprel 2025



AFFA stadion və idman obyektlərinə 2,4 milyon manat xərcləyib
İdman 11:38 / 11.04.2025

Ən böyük məbləğ "Dalğa Arena”ya yönəldilib


Azərbaycanda futbol infrastrukturlarının qorunması və inkişaf etdirilməsi məqsədilə 2024-cü il ərzində mühüm maliyyə vəsaiti ayrılıb. Bu barədə AFFA-nın illik hesabatında məlumat verilib.

2024-cü ildə AFFA-nın balansında olan stadionların, futbol akademiyasının, milli komandaların məşq mərkəzinin və digər obyektlərin saxlanılması və yenidən bərpası üçün ümumilikdə 2 milyon 445 min 433 manat xərclənib.

Ən çox maliyyə dəstəyi "Dalğa Arena”ya ayrılıb - 1 milyon 231 min manat. Burada əsas məqsəd stadionun gündəlik fəaliyyəti, təmir-bərpa işləri və texniki baxışların təmin olunması olub.

396 min manat Bakı Olimpiya Stadionuna, 321 min 312 manat "ASCO Arena”ya, 276 min 996 manat Milli Komandaların Məşq Mərkəzinə, 184 min 906 manat Şamaxı şəhər stadionuna, 87 min 759 manat Təhsil və Reabilitasiya Mərkəzinə, 75 min 534 manat Binə stadionuna, 44 min 344 manat Ağsu stadionuna, 37 min 524 manat "Neftçi Arena"ya, 11 min 827 manat vasait isə Mingəçevir şəhər stadionuna ayrılıb.

AFFA-nın açıqlamasına görə, bu vəsait futbolun infrastruktur baxımından inkişafına, eləcə də idman obyektlərinin beynəlxalq standartlara uyğun saxlanılmasına xidmət edir.


853 oxunub

InvestAZ