XƏBƏR LENTİ
18 Aprel 2025
17 Aprel 2025
16 Aprel 2025
15 Aprel 2025
14 Aprel 2025
13 Aprel 2025



UEFA Azərbaycan klublarına 38 milyon manatdan artıq vəsait ayırıb
İdman 11:01 / 11.04.2025

Ən çox maliyyə dəstəyi "Qarabağ"a göstərilib

UEFA-nın 2024-cü ildə Azərbaycan klublarına ayırdığı maliyyə vəsaitinin məbləği açıqlanıb. Bu barədə məlumat UEFA-nın bu gün keçirilən Hesabat Konfransında təqdim olunub.

Bildirilib ki, 2024-cü il ərzində Avropa futbol qurumu Azərbaycan klublarına ümumilikdə 38 milyon 716 min 172 manat vəsait ayırıb. Bu rəqəm UEFA turnirlərindəki çıxışlar və digər layihələr çərçivəsində klub səviyyəsində göstərilən fəaliyyətin maliyyələşdirilməsinə yönəlib.

Ən yüksək vəsait "Qarabağ" klubuna verilib – 28 milyon 319 min 296 manat. Bu, klubun UEFA turnirlərində uğurlu çıxışı və müntəzəm iştirakı ilə əlaqələndirilir.

Digər klublara ayrılan vəsaitin bölgüsü aşağıdakı kimidir:

"Zirə" – 3 milyon 216 min 762 manat

"Sabah" – 2 milyon 561 min 814 manat

"Sumqayıt" – 1 milyon 419 min 053 manat

"Neftçi" – 878 min 948 manat

"Qəbələ" – 577 min 585 manat

"Səbail" – 447 min 668 manat

"Turan Tovuz" – 426 min 696 manat

"Şamaxı" – 413 min 943 manat

"Kəpəz" – 413 min 943 manat

"Araz-Naxçıvan" – 40 min 470 manat

UEFA-nın ayırdığı bu vəsait klubların maddi-texniki bazasının yaxşılaşdırılması, futbolçuların hazırlanması və infrastrukturun inkişafı baxımından əhəmiyyətli rol oynayır.


981 oxunub

InvestAZ