XƏBƏR LENTİ
18 Aprel 2025
17 Aprel 2025
16 Aprel 2025
15 Aprel 2025
14 Aprel 2025
13 Aprel 2025



Avropada futbol həyəcanı davam edir
İdman 13:35 / 10.04.2025

Bu gün futbol üzrə UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına start veriləcək.

Aprelin 10-da təşkil olunacaq qarşılaşmalarda Avropanın tanınmış klubları bir-birinə rəqib olacaq.

İngiltərənin "Tottenhem” klubu doğma meydanda Almaniyanın "Ayntraxt” komandasını qəbul edəcək.

"Mançester Yunayted” Fransada "Lion”un qonağı olacaq.

İtaliyanın "Latsio” klubu Norveçdə "Budyo Qlimt”lə üz-üzə gələcək.

Şotlandiyada isə "Reyncers” və İspaniyanın "Atletik” klubu ilə qarşılaşacaq.

Günün oyun cədvəli belədir:

20:45 – "Budyo Qlimt” (Norveç)"Latsio” (İtaliya)

23:00 – "Tottenhem” (İngiltərə)"Ayntraxt” (Almaniya)

23:00 – "Lion” (Fransa)"Mançester Yunayted” (İngiltərə)

23:00 – "Reyncers” (Şotlandiya)"Atletik” (İspaniya)

Qeyd edək ki, UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları aprelin 17-də keçiriləcək.



1049 oxunub

InvestAZ