XƏBƏR LENTİ
16 Aprel 2025
15 Aprel 2025
14 Aprel 2025
13 Aprel 2025



Çempionlar Liqası: "Barselona" cavab oyununu formal hala gətirdi
İdman 00:55 / 10.04.2025

Futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin oyunları davam edir. İspaniyanın "Barselona" klubu mərhələnin ilk qarşılaşmasında doğma meydanda Almaniyanın "Borussiya Dortmund" komandasını qəbul edib. Kataloniya klubu oyunda 4:0 hesablı qələbə  qazanaraq  yarımfinala vəsiqə yolunda böyük üstünlük əldə edib. 

Oyunda hesabı 25-ci dəqiqədə Rafinya açıb. İkinci hissəyə də sürətli başlayan "Barselona" 48-ci dəqiqədə Robert Levandovski ilə hesabdakı üstünlüyünü iki topa çatdırıb. Polşalı hücumçu matçın 66-cı dəqiqəsində özünün ikinci, komandasının isə üçüncü qolunu vurub. Oyunda son qolu isə 77-ci dəqiqədə fərqlənən gənc istedad Lamin Yamal vurub -4:0.

Beləliklə, "Barselona" cavab oyunu ərəfəsində böyük üstünlük qazanıb. 


1151 oxunub

InvestAZ