XƏBƏR LENTİ
18 Aprel 2025
17 Aprel 2025
16 Aprel 2025
15 Aprel 2025
14 Aprel 2025
13 Aprel 2025



Bakıda boks üzrə beynəlxalq turnir keçiriləcək
İdman 16:23 / 09.04.2025

Aprelin 11-də Bakıda qadın və kişi boksçular arasında Böyük İpək Yolu beynəlxalq turniri start götürəcək.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Boks Mərkəzində təşkil olunacaq ənənəvi yarışda Azərbaycan, Tacikistan, Özbəkistan, Kamboca, Monteneqro, Qırğızıstan, Gürcüstan, Rusiya və Qazaxıstan milli komandaları mübarizə aparacaqlar.

25 dəst medal uğrunda 200-dən çox boksçu gücünü yoxlayacaq. Turnirin qaliblərinin adına aprelin 15-də aydınlıq gələcək.

Azərbaycan kişilərin yarışında 45, qadınların mübarizəsində 11 boksçu ilə təmsil olunacaq.

Qeyd edək ki, yarışın baş hakimi Anar Babanlı olacaq.


1071 oxunub

InvestAZ