XƏBƏR LENTİ
02 Aprel 2025
01 Aprel 2025
31 Mart 2025
30 Mart 2025



"Qalatasaray" Süper Liqada ilk məğlubiyyətini "Beşiktaş"dan aldı
İdman 23:49 / 29.03.2025

Türkiyə Super Liqasının 29-cu turunin nəhəng derbisində "Beşiktaş" klubuöz meydanında "Qalatasaray"ı 2:1 hesabı ilə məğlub edib. Oyunun ilk hissəsində "Beşiktaş" 1:0 önə keçib. Joao Marionun ötürməsi ilə cərimə meydançasına daxil olan Rafa SilvaSançeztopu qapıdan keçirib. Oyunun 36-cı dəqiqəsində "Qalatasaray" bir nəfər azlıqda qalmasına baxmayaraq hissənin sonlarınada hesabdakı tarazlığı bərpa edib. Matçın45-ci dəqiqəsində Lukas Torreira fərqlənib.

Qarşılaşmanın ikinci hissəsində "Beşiktaş" klubu qələbə topunu vurmağa müvəffəq olub.66-cı dəqiqədə Gedson FernandezJoao Marionun sərbəst vuruşundan sonra yaxın məsafədən topu tora göndərərək "Beşiktaş"a2:1 hesablı qələbə qazandırıb.

Qeyd edək ki, oyunun sonlarına doğru"Beşiktaş"ın futbolçusu Semih Kılıçsoyqırmızı vərəqə alaraqmeydanı tərk edib.

Bu nəticə ilə "qara qartallar" xallarının sayını 47-yə çatdıraraq 4-cü pilləyə yüksəlib. "Qalatasaray" isə mövsümdəki ilk məğlubiyyətini alıb. "Cimbom"hazırda 71 xalla liderliyini qorumağa davam edir. Onun ən yaxın izləyicisi olan "Fənərbaxça" ilə arasındakı xal fərqqi altıya bərabərdir.



981 oxunub

InvestAZ