XƏBƏR LENTİ
03 Aprel 2025
02 Aprel 2025
01 Aprel 2025
31 Mart 2025



Gənc taekvondoçular arasında Azərbaycan çempionatı başlayır
İdman 15:31 / 01.04.2025

Aprelin 2-də16-21 yaşlı taekvondoçular arasında ölkə çempionatına start veriləcək. Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarış Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda təşkil olunacaq. Çempionatda ümumilikdə 165 taekvondoçu (107 kişi və 58 qadın) medallar uğrunda mübarizə aparacaq.

Gənc idmançıların öz bacarıqlarını nümayiş etdirəcəyi yarış aprelin 3-nə qədər davam edəcək. Çempionat Azərbaycan taekvondosunun inkişafına töhfə verməklə yanaşı, gələcək beynəlxalq turnirlər üçün perspektivli idmançıların seçilməsində də mühüm rol oynayacaq.



450 oxunub

InvestAZ