Bakıda bədii gimnastika üzrə birincilik keçiriləcək
İdman 12:37 / 01.04.2025
Aprelin 10-12-də Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 30-cu Bakı birinciliyi keçiriləcək. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda müxtəlif yaş qruplarında çıxış edən gimnastlar halqa, top, gürzlər və lentlə proqramlarını təqdim edəcəklər. Yarış gənc gimnastlar üçün öz bacarıqlarını nümayiş etdirmək və təcrübə qazanmaq baxımından mühüm əhəmiyyət daşıyır.
603 oxunub