XƏBƏR LENTİ
02 Aprel 2025
01 Aprel 2025
31 Mart 2025
30 Mart 2025



Gimnastlarımız beynəlxalq turnirdə gümüş medal qazandılar
İdman 14:55 / 29.03.2025

Azərbaycanın yeniyetmə bədii gimnastları Bakıda keçirilən "AGF Trophy” beynəlxalq turnirində uğurla çıxış edərək gümüş medala sahib olublar.

Komandamızın üzvlərindən Azadə Atakişiyeva və Şəms Ağahüseynova komanda hesabında ikinci pilləyə yüksəliblər.

Azərbaycan-1 komandası dörd çıxışın yekununda 100.000 xal toplayaraq mükafatçılar sırasına düşüb. Turnirin qalibi 100.700 xalla Qazaxıstan yığması olub, üçüncü yeri isə 94.950 xalla Gürcüstan komandası tutub.

Bundan əlavə, dörd yeniyetmə gimnast fərdi yarışlarda final mərhələsinə yüksəlib. Azadə Atakişiyeva gürzlərlə hərəkətlərdə təsnifat mərhələsinin qalibi olub, Fidan Qurbanlı isə ilk səkkizliyə düşüb. Şəms Ağahüseynova lentlə təsnifat mərhələsində ikinci, Fidan Qurbanlı isə dördüncü pillədə qərarlaşaraq finala adlayıb.

Qeyd edək ki, "AGF Trophy” beynəlxalq turniri martın 30-da yekunlaşacaq.


774 oxunub

InvestAZ