XƏBƏR LENTİ
02 Aprel 2025
01 Aprel 2025
31 Mart 2025
30 Mart 2025



AFFA rəsmiləri Yevlax stadionunda olublar
İdman 10:53 / 29.03.2025

Yevlaxda futbol infrastrukturuna baxış keçirilib. AFFA-nın rəsmi saytında yer alan xəbərə görə,  milli assosiasiyanın baş katibi Cahangir Fərəcullayev, baş katibin müavini Kamran Vəliyev və Futbolun İnkişafı Fondunun icraçı direktoru Tural Piriyev Yevlax şəhər stadionuna baş çəkiblər. Səfər çərçivəsində stadionun ərazisində inşa olunan baza, həmçinin "Karvan” klubunun keçmiş bazası və məşq meydançaları nəzərdən keçirilib.

"Karvan” klubunun nümayəndələri stadionun hazırkı vəziyyəti və bazada görülən işlərlə bağlı qonaqlara ətraflı məlumat təqdim ediblər.

Qeyd edək ki, Yevlax şəhər stadionunun ərazisində inşa edilən iki mərtəbəli yeni bazada 29 otaq mövcuddur. Bundan əlavə, burada inzibati otaqlar, konfrans zalı və trenajor zalı da fəaliyyət göstərəcək.



1065 oxunub

InvestAZ