XƏBƏR LENTİ
02 Aprel 2025
01 Aprel 2025
31 Mart 2025
30 Mart 2025



Yüksək Liqa: Favoritlər qələbə qazandı
İdman 19:13 / 28.03.2025

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının XVII turun oyunları keçirilib. 

"Xilasedici" MOİK üzərində, "Azərreyl" isə "Gənclər" komandası üzərində 3:0 hesablı qələbə qazanıb.

Digər qarşılaşmada isə "Murov Az Terminal" "Neftçi"ni 3:1 hesabı ilə məğlub edib.

Turnir cədvəlinə 41 xalla "Azərreyl" başçılıq edir. Eyni xala malik "Murov Az Terminal" ikinci pillədə qərarlaşıb. "Xilasedici" 39 xalla üçüncü sırada yer alır. "Neftçi" 23 xalla dördüncü mövqedədir. MOİK-in hesabında 8 xal var və komanda beşinci pillədədir. Turnirin sonuncu pilləsində isə cəmi 1 xalı olan "Gənclər" qərarlaşıb.


907 oxunub

InvestAZ