XƏBƏR LENTİ
14 Mart 2025
13 Mart 2025
12 Mart 2025
11 Mart 2025



BOK və "Allianz"ın birgə tərəfdaşlığı davam edəcək
İdman 15:02 / 14.03.2025

Beynəlxalq Olimpiya Komitəsi (BOK) «Allianz» (bu gün) sığorta şirkəti ilə tərəfdaşlığını 2032-ci ilə qədər artırdıqlarını elan ediblər.
Bu müddət ərzində şirkət 2030-cu il Fransız Alplarında Qış Olimpiya və Paralimpiya Oyunlarını, 2032-ci il Brisbanda Yay Olimpiya və Paralimpiya Oyunlarını əhatə edən dövrdə idmançıları və milyardlarla azarkeşi bir araya gətirəcək.
Yeni tərəfdaşlıqla bağlı BOK prezidenti Tomas Bax bunları deyib:
"Biz şadıq ki, Paris-2024-dən sonra «Allianz» ilə tərəfdaşlığımızı daha dörd il artıracağıq. «Allianz» öz sənayesində dünya lideridir. Onlar idman vasitəsilə daha yaxşı bir dünya qurmağın Olimpiya konsepsiyasına inanır və eyni zamanda dünya üzrə idmançıların maraqlarına sadiqliyimizi dəstəkləyir".
"Allianz"ın baş direktoru Oliver Bate bildirib ki, Paris-2024 Olimpiya və Paralimpiya Oyunları bütün dünyanı ruhlandırıb.
"Parisdəki oyunlardan sonra insanlar idman vasitəsilə bir yerə toplaşdı. Biz həmçinin biznesimiz və brendimiz üçün çox müsbət faydalar gördük", - deyə Bate vurğulayıb.
Dünyanın aparıcı sığortaçılarından biri olan "Allianz" 2021-ci ildən etibarən Olimpiya Hərəkatının tərəfdaşıdır.


208 oxunub

InvestAZ