XƏBƏR LENTİ
14 Mart 2025
13 Mart 2025
12 Mart 2025
11 Mart 2025



Avropa Liqası: "Fənərbağça" penaltilər seriyasında mübarizəni dayandırdı
İdman 03:02 / 14.03.2025

Futbol üzrə UEFA Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulub. Türkiyə təmsilçisi "Fənərbağça” Şotlandiyada cavab oyununa çıxıb. İstanbul təmsilçisi evdə 1:3 hesabı ilə uduzduğu "Reyncers"lə bu dəfə səfərdə üz-üzə gəlib. Matçın əsas vaxtı qonaqların 2:0 hesablı üstünlüyü ilə başa çatıb. İstanbulluların heyətində Şimanski dubla imza atıb. Tərəflər arasında ilk oyun Şotlandiya təmsilçisinin 1:3 hesablı səfər qələbəsi ilə başa çatdığına görə, görüşdə hərəsi 15 dəqiqə olmaqla, əlavə iki hissə təyin edilib. Komandalar əlavə edilmiş 30 dəqiqədə hesabı dəyişə bilmədikləri üçün matçın taleyini penalti seriyası müəyyənləşdirib. Penalti zərbələrini daha dəqiq yerinə yetirən "Reyncers" adını növbəti mərhələyə yazdırıb.

"Reyncers"lə yanaşı, "Mançester Yunayted", "Atletik", "Ayntraxt", "Latsio", "Budyo Qlimt", "Lion" və "Tottenhem" klubları da 1/4 finala yüksəliblər.

UEFA Avropa Liqası

1/8 final mərhələsi, cavab oyunları

13 mart

21:45. "Atletik” (İspaniya) - "Roma” (İtaliya) - 3:1

İlk oyun - 1:2

21:45. "Latsio” (İtaliya) - "Viktoriya” (Çexiya) - 1:1

İlk oyun - 2:1.

21:45. "Ayntraxt” (Almaniya) - "Ayaks” (Niderland) - 4:1

İlk oyun - 2:1.

21:45. "Olimpiakos” (Yunanıstan) - "Budyo Qlimt” (Norveç) - 2:1

İlk oyun - 0:3.

00:00. "Mançester Yunayted” (İngiltərə) - "Real Sosyedad” (İspaniya) - 4:1

İlk oyun - 1:1.

00:00. "Tottenhem” (İngiltərə) - "AZ Alkmaar" (Niderland) - 3:1

İlk oyun - 0:1.

00:00. "Reyncers” (Şotlandiya) - "Fənərbağça” (Türkiyə) - 0:2 (Penaltilər seriyasında - 3:2)

İlk oyun - 3:1

00:00. "Lion” (Fransa) - FKSB (Rumıniya) - 4:0

İlk oyun - 3:1.

Qeyd edək ki, 1/4 final mərhələsinə aprelin 10-da start veriləcək.



145 oxunub

InvestAZ