XƏBƏR LENTİ
14 Mart 2025
13 Mart 2025
12 Mart 2025
11 Mart 2025



Boksçumuz beynəlxalq turnirin yarımfinalına vəsiqə qazandı
İdman 12:47 / 14.03.2025

Macarıstanın Debretsen şəhərində keçirilən boks üzrə beynəlxalq turnirin 1/4 final mərhələsinə yekun vurulub. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, daha bir idmançımız adını yarımfinala yazdırıb.

Əli Abdullayev (65 kq) Qerq Şaraza (Macarıstan) qalib gəlib – 5:0 (30:25, 30:25, 30:26, 29:28, 29:28). O, yarımfinalda Erik Suçi (Çexiya) ilə döyüşəcək.

Qeyd edək ki, finala gedən yolda Tural Sarıyev (50 kq) Peter Lakatosla (Macarıstan), Məhəmmədəli Qasımzadə (60 kq) Aksel Eqartla (Uels) döyüşəcək.


111 oxunub

InvestAZ