XƏBƏR LENTİ
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026
09 Yanvar 2026
08 Yanvar 2026
07 Yanvar 2026



Boks üzrə ölkə birinciliyi yekunlaşdı
İdman 17:56 / 09.02.2025

Yeniyetmə boksçular arasında keçirilən Azərbaycan birinciliyinə yekun vurulub.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 62 komandanın 319 (280 oğlan, 39 qız) idmançısı qüvvəsini sınayıb. Altı gün davam edən turnirin son günündə oğlanlar arasında 14, qızlarda 7 çəki dərəcəsi üzrə çempion və medalçılar müəyyənləşib.

Boks Mərkəzində təşkil edilən yarışda komanda hesabında "Neftçi” İdman Klubu 4 qızıl və 2 bürünc medalla birinci yeri tutub. İkinci pilləyə "Qızıl əlcək” İK (3-0-1) yiyələndib. Naxçıvan MR (2-0-0) isə üçüncü yerə sahib çıxıb. Birincilikdə ən yaxşı boksçu adına Əli Əliyev (Gəncə) layiq görülüb. Ən yaxşı məşqçi Vüsal Gözəlov (DİN İC), ən yaxşı hakim isə Stanislav Krılov seçilib.

Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.


15819 oxunub

InvestAZ