XƏBƏR LENTİ
28 Dekabr 2024
27 Dekabr 2024
26 Dekabr 2024
25 Dekabr 2024
24 Dekabr 2024
23 Dekabr 2024
19 Dekabr 2024



“Olimpiya ruhu: Qələbə və məğlubiyyətdən kənar” adlı beynəlxalq foto müsabiqəsinə yekun vurulub
İdman 17:17 / 27.12.2024

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ilə Gilavar Foto Klubunun birgə təşkil etdiyi "Olimpiya ruhu: Qələbə və məğlubiyyətdən kənar” adlı beynəlxalq foto müsabiqəsinə yekun vurulub.

AMADA-dan verilən məlumata görə, Beynəlxalq Bədii Fotoqraflar Assosiasiyasının (IAAP) platforması üzərindən beynəlxalq fotoqrafiya qaydaları əsasında təşkil olunan müsabiqənin mövzuları arasında qələbə sevinci, məğlubiyyətdən doğan məyusluq, oyunlarda yaddaqalan məqamlar, təmiz idman ruhu və ədalətli idman prinsiplərinin təbliği yer alıb. Seçim prosesində Azərbaycan idmançılarının əcnəbi fotoqraflar tərəfindən çəkilən fotoşəkillərinə xüsusi diqqət yetirilib.

Müsabiqəyə 27 ölkədən 53 fotoqraf 205 foto təqdim edib. Beynəlxalq dərəcəli fotoqraflar İlqar Cəfərov (Azərbaycan), Umberto Deramo (İtaliya) və Yasser Alaa Mobarakın (Misir) yer aldığı münsiflər heyətinin qiymətləndirməsi nəticəsində 25 fotoqraf mükafatçılar sırasında yer alıb.

Azərbaycandan üç fotoqraf – Dilavər Nəcəfov, Zaur Mustafayev və Naib Əhmədovun fotoları da mükafata layiq görülüb.

Xatırladaq ki, AMADA-nın dekabrın 16-da Bakıda təşkil olunan "Təmiz qələbə: Olimpiya ilinə yeni baxış” adlı beynəlxalq konfransında müsabiqənin qalib fotolarından ibarət sərgi nümayiş olunub.


346 oxunub

InvestAZ