Yeniyetmə və gənclər arasında taekvondo üzrə ölkə birinciliyinin, böyüklər arasında Azərbaycan çempionatının sabaha təyin olunmuş görüşləri təxirə salınıb.
Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, yarışlar matəm günü ilə bağlı təxirə salınıb.
Xatırladaq ki, bu gün Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib.