XƏBƏR LENTİ
18 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
15 Oktyabr 2024
14 Oktyabr 2024



Avarçəkənlərimiz qələbə təəssüratlarını bölüşüblər
İdman 17:21 / 18.10.2024

"Mingəçevir Reqatası-2024" beynəlxalq turnirinin sonuncu günündə komandamızın qızıl medalçıları arasında Azər İlyasov - Tunar Məmmədzadə cütlüyü də yer alıb.

Onlar 2008-2009-cu illər təvəllüdlü idmançıların mübarizəsində akademik avarçəkmə üzrə 1500 məsafəyə yarışda fərqləniblər.

Təmsilçilərimiz mükafatlandırma mərasimindən sonra sevinc təəssüratlarını media nümayəndələri ilə bölüşüblər. 

Yarışa yüksək səviyyədə hazırlaşdığını deyən Azər İlyasov medal qazanacağına inandığını bildirib. 

"Yarışın ilk günündə müəyyən problemlərə görə məğlub olduq. Lakin bu gün daha inamlı çıxış etdik. Qələbəyə görə müəllimlərimə, valideynlərimə və bizi hər an dəstəkləyən federasiya rəhbərliyinə minnətdarlığımı bildirirəm. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası belə yarışlar təşkil etməklə bizi həvəsləndirir. Çalışacağam ki, gələcəkdə dünya və Avropa çempionatlarında iştirak edərək mükafatçılar sırasında yer alım",- deyə A.İlyasov bildirib. 

Tunar Məmmədzadə isə yarışda güclü rəqabətin olduğunu, lakin bu mübarizənin sonunda mükafatçılar sırasında yer aldığını qeyd etdi:

"Rəqiblərimiz kifayət qədər güclü idi. Amma biz də yarışa çox yaxşı hazırlaşmışdıq. Bunun sayəsində qızıl medala sahib çıxdıq. Gələcəkdə də uğurlarımızı davam etdirərək mötəbər yarışlarda medal qazanmağı hədəfləyirik".

Qeyd edək ki, Azərbaycan avarçəkənləri "Mingəçevir Reqatası-2024" beynəlxalq turnirini 6 qızıl, 9 gümüş və 9 bürünc medalla başa vuraraq həm akademik, həm də kayak kanoe növlərində birinci yeri tutublar.


134 oxunub

InvestAZ