XƏBƏR LENTİ
18 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
15 Oktyabr 2024
14 Oktyabr 2024



Avarçəkənlərimiz beynəlxalq reqatada daha iki medal qazandılar
İdman 12:12 / 18.10.2024

Azərbaycan komandası "Mingəçevir Reqatası-2024" beynəlxalq turnirində növbəti medallarını qazanıb. 

Komandamızın heyətində Azər İlyasov və Tunar Məmmədzadə cütlüyü 2008-2009-cu illər təvəllüdlü idmançılar arasında ikinəfərlik akademik avarçəkmə yarışında birinci yeri tutub.  

Yığmamıza digər medalı isə 2006-2007-ci illər təvəllüdlü idmançılar arasında birnəfərlik kayak qayığında mübarizə aparan Amil Ramazanov qazandırıb. Təmsilçimiz 1000 metr məsafəyə yarışda gümüş medala sahib çıxıb. 

Bu Amil Ramazanovun "Mingəçevir Reqatası-2024"də üçüncü medalı olub. O, yarışın ilk iki günündə iki qızıl medal qazanmışdı.  

Bununla da Azərbaycan avarçəkənlərinin beynəlxalq reqatada qazandığı medalların sayı 13-ə (4 qızıl, 4 gümüş, 5 bürünc) çatıb. 

Qeyd edək ki, beynəlxalq reqatada 12 ölkəni təmsil edən 100-ə yaxın idmançı mübarizə aparır.


211 oxunub

InvestAZ