XƏBƏR LENTİ
18 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
15 Oktyabr 2024
14 Oktyabr 2024
10 Oktyabr 2024



Milli Gimnastika Arenasında məşqçilər üçünseminar keçirilib
İdman 20:25 / 17.10.2024

Bolqarıstanın "Vasil Levski” adına Milli İdman Akademiyasının professoru və idmançısı Daniela Daşova Milli Gimnastika Arenasında Azərbaycanın gimnastika məşqçiləri üçün seminar keçib.

Bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Seminar zamanı professor müasir gimnastika metodları, məşq prosesində diqqət yetirilməsi vacib olan nüanslar və beynəlxalq yarışlara hazırlıq mövzularında dəyərli bilik və təcrübələrini bölüşüb.

Bu seminar ölkəmizdə bədii gimnastika sahəsində çalışan məşqçilərin peşəkar inkişafına böyük töhfə verməklə yanaşı, Azərbaycan gimnastikasının gələcək uğurlarına dəstək məqsədi daşıyır.


220 oxunub

InvestAZ