XƏBƏR LENTİ
18 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
15 Oktyabr 2024
14 Oktyabr 2024
10 Oktyabr 2024



Dövlət qurumlarının əməkdaşları üzgüçülük yarışında bir araya gəliblər
İdman 11:56 / 17.10.2024

Gənclər və İdman Nazirliyi və Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında üzgüçülük yarışı keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 16-da Bakı Su İdmanı Sarayında təşkil olunan yarışda qadınların 50 metr məsafəyə sərbəst üsulla mübarizəsində Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı Nərgiz Nəsirova birinci olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı Leyla Əliyeva və DİN-nin əməkdaşı Nuriyə Axundova müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Kişilər arasında Emil İbrahimov, Toğrul Sadıqov (hər ikisi DİN), Pyotr Kuvşinov (SOCAR) fərqləniblər.

100 metr məsafəyə sərbəst üsulda Leyla Əliyeva (FHN) fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Nəzrin Hüseynova və Nuriyyə Axundova (hər ikisi DİN) ikinci və üçüncü yeri tutublar. Kişilər arasında Emil İbrahimov, Cavidan Cahangirov (hər ikisi DİN), Teymur Fərəcov (Azərbaycan Beynəlxalq Bankı) ilk "üçlük"də qərarlaşıblar.

4x50 metr məsafəyə sərbəst üsulda qadınlar arasında DİN birinci olub. FHN və SOCAR yarışı ikinci və üçüncü pillədə tamamlayıblar. Kişilər arasında DİN birinci, SOCAR ikinci, FHN və Xəzər Dəniz Gəmiçiliyi üçüncü olublar.

Sərbəst üsulda qadınlar və kişilər arasında (4x50 metr MİX, estafet) keçirilən yarışda DİN birinci, FHN ikinci, SOCAR üçüncü pillədə qərarlaşıb.
346 oxunub

InvestAZ