XƏBƏR LENTİ
18 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
15 Oktyabr 2024
14 Oktyabr 2024
10 Oktyabr 2024



"Mingəçevir Reqatası-2024”ün rəsmi paradı keçirilib
İdman 11:06 / 17.10.2024
Bu gün işğaldan azad edilmiş Füzuli şəhərində avarçəkmə üzrə "Mingəçevir Reqatası-2024”ün rəsmi paradı təşkil olunub.
Paradda Azərbaycanla yanaşı, Estoniya, Gürcüstan, İtaliya, Macarıstan, Qazaxıstan, Litva, Moldova, Polşa, Türkiyə, Ukrayna və Özbəkistanı təmsil edən idmançılar Füzuli Aeroportunun qarşısında yürüş ediblər.  
Onları Azərbaycan bayrağını daşıyan könüllülərdən ibarət dəstə, milli geyimdə olan çaparlar Qarabağ atları müşayiət edib.
Qeyd edək ki, bu gün Füzuli şəhərinin işğaldan azad olunması günü ilə əlaqədar Füzulidə, Aşağı Köndələnçay su anbarında avarçəkmə üzrə "Mingəçevir Reqatası-2024"ün rəsmi açılış mərasimi də keçiriləcək. Mərasimdən sonra ikinci yarış gününə start veriləcək. 


357 oxunub

InvestAZ