XƏBƏR LENTİ
18 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
15 Oktyabr 2024
14 Oktyabr 2024
10 Oktyabr 2024



Amil Ramazanov: "Beynəlxalq reqatada növbəti dəfə qızıl medal qazanmaq istəyirəm"
İdman 17:02 / 16.10.2024
"Ölkəmizi layiqli şəkildə təmsil etdiyimə görə çox sevinirəm".
Bu sözləri "Mingəçevir Reqatası-2024"də qızıl medal qazanan Azərbaycan avarçəkəni Amil Ramazanov deyib.
Kayak növündə birinci yeri tutan idmançı çempion olduğuna görə çox sevindiyini qeyd edib. "İlk dəfə idi beynəlxalq yarışda iştirak edirdim. Ciddi hazırlaşmışdım və bəhrəsini də gördüm. Sabah Füzulidə, daha sonra Mingəçevirdə mübarizə aparacağıq. Beynəlxalq reqatada növbəti dəfə qızıl medal qazanmaq istəyirəm”.
Qeyd edək ki, Azərbaycan idmançıları "Mingəçevir Reqatası-2024"də indiyədək 2 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıblar. Turnirə oktyabrın 18-də yekun vurulacaq.
229 oxunub

InvestAZ