XƏBƏR LENTİ
18 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
15 Oktyabr 2024
14 Oktyabr 2024
10 Oktyabr 2024



Avarçəkənlərimizin beynəlxalq reqatada qazandığı medalların sayı yeddiyə çatdı
İdman 15:22 / 16.10.2024
Azərbaycan idmançıları "Mingəçevir Reqatası-2024"ün ilk yarış günündə daha dörd medal qazanıblar.
Mingəçevirdəki "Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən turnirdə 2006-2007-ci illər təvəllüdlü idmançıların 1500 metr məsafəyə akademik avarçəkmə növü üzrə yarışda Nurlan Paşayev qızıl medala layiq görülüb. Eyni yaş qrupunda çıxış edən Cahangir Məmmədli gümüş, Məhəmməd Niftullayev isə bürünc medala sahib çıxıb. 
Komandamızın digər üzvü Cavid Vəlizadə isə 2008-2009-cu illər  təvəllüdlü kanoeçilər arasında 1000 metr məsafəyə yarışda bürünc medala yiyələnib.  
Bununla da Azərbaycan idmançılarının beynəlxalq reqatada qazandığı medalların sayı yeddiyə çatıb. 
Qeyd edək ki, daha əvvəl təmsilçilərimizdən Amil Ramazanov 500 metr məsafəyə akademik avarçəkmə növündə 2006-2007-ci illər təvəllüdlü idmançılar arasında qızıl medal qazanıb. 
Bu növdə eyni məsafəyə yarışda mübarizə aparan komandamızın digər üzvlərindən Əlimurad Hacızadə 2008-2009-cu illər təvəllüdlü idmançılar arasında gümüş, 2008-2009-cu illər təvəllüdlü idmançılar arasında çıxış edən Niyaz Məlikov-Elvin Əliyev cütlüyü isə bürünc medal əldə edib. "Mingəçevir Reqatası-2024"ə oktyabrın 18-də yekun vurulacaq.


425 oxunub

InvestAZ