XƏBƏR LENTİ
18 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
15 Oktyabr 2024
14 Oktyabr 2024
10 Oktyabr 2024



Vüsal Qurbanov: "Federasiyamız daha bir ilkə imza atacaq"
İdman 11:24 / 16.10.2024
""Mingəçevir Reqatası-2024"də güclü idmançılar çıxış edirlər."
Bu sözləri Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) mətbuat katibi Vüsal Qurbanov "Mingəçevir Reqatası-2024” beynəlxalq turniri ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
O, budəfəki yarışda idmançılarımızdan yüksək əyarlı və daha çox medal gözlədiyini qeyd edib: 
"İdmançılarımız həm fiziki, həm də  psixoloji cəhətdən turnirə tam hazırdırlar. Yarışın nüfuzu son illərdə artıb. Bundan əvvəl işğaldan azad olunan ərazilərimizdə yarışlar keçirilib. Federasiyamız daha bir ilkə imza atacaq. "Mingəçevir Reqatası 2024” beynəlxalq turnirinin açılış mərasimi Füzulinin işğaldan azad olunması günündə sabah Füzulidə Aşağı Köndələnçay su anbarında keçiriləcək. 
Beynəlxalq yarışları adətən yeniyetmə və gənclər arasında keçiririk. Bu da onların inkişafları üçün önəmlidir. Budəfəki turnirdə də çox güclü idmançılar çıxış edirlər. Onların arasında isə Türkiyə, Gürcüstan, Moldova və s. ölkələrin mükafatlara iddialı olduğu deyə bilərəm". 
Qeyd edək ki, oktyabrın 18-də Mingəçevir "Kür” Olimpiya Tədris-İdman Mərkəzində reqatanın final yarışları və bağlanış mərasimi keçiriləcək.
364 oxunub

InvestAZ