XƏBƏR LENTİ
18 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
15 Oktyabr 2024
14 Oktyabr 2024
10 Oktyabr 2024



Badmintonçumuz Türkiyədə fəxri kürsüdə yer aldı
İdman 12:50 / 14.10.2024

Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra Türkiyənin İstanbul şəhərində keçirilən "International Challenge" seriyalı beynəlxalq turnirdə qızıl medal qazanıb.

Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, mübarizəyə 1/16 finaldan başlayan Keişa qadın idmançıların şəxsi yarışında finala gedən yolda Danimarka, Ukrayna və Fransa təmsilçilərini üstələyib.

O, qızıl medal uğrunda keçirilən həlledici final qarşılaşmasında danimarkalı Amalie Sçulzanı hər iki setdə böyük fərqlə məğlub edərək turnirinin qalibi olub - 21:11,21:9.


834 oxunub

InvestAZ