XƏBƏR LENTİ
28 Sentyabr 2024
27 Sentyabr 2024
26 Sentyabr 2024
25 Sentyabr 2024
24 Sentyabr 2024



Bədii gimnastlarımız bu gün Balkan Kubokunda mübarizəyə başlayırlar
İdman 10:02 / 26.09.2024

Bu gün Monteneqronun Budva şəhərində bədii gimnastika üzrə Balkan Kubokuna start veriləcək. 

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda Azərbaycan gimnastları da mübarizə aparacaqlar. Komandamızın heyətində məşqçilər Sənan Mahmudlu, Daria Lehka və Nəzrin Cəfərzadənin rəhbərliyi altında fərdi proqramda Mədinə Dəmirova, Zəhra Cəfərova, İlona Zeynalova, Şəms Ağahüseynova, Məryəm Baloğlanova, Nur Sadıqova və Azadə Atakişiyeva iştirak edəcək.

Aysel Həsənova və Səbinə Hacıyeva isə hakim kimi fəaliyyət göstərəcəklər.

Qeyd edək ki, Balkan Kubokuna sentyabrın 29-da yekun vurulacaq. 


379 oxunub

InvestAZ