XƏBƏR LENTİ
28 Sentyabr 2024
27 Sentyabr 2024
26 Sentyabr 2024
25 Sentyabr 2024
24 Sentyabr 2024



Azərbaycan çempionatının yeni mövsümünün püşkü atılıb
İdman 17:38 / 26.09.2024

Minifutbol üzrə Azərbaycan çempionatının 2024/2025-ci illər mövsümünün püşkatma mərasimi keçirilib.

Tədbirdə qurumun illik fəaliyyəti və ölkə təmsilçilərinin beynəlxalq yarışlardakı çıxışlarından bəhs olunub. Xüsusilə, UEFA Çempionlar Liqasının qalibi olan "Birbaşa Bakı"nın turnirdə göstərdiyi əzmkar mübarizə yüksək qiymətləndirilib.

Sonra ölkə çempionatının ötən mövsümünün final matçından bəhs edən videoçarx nümayiş olunub. Azərbaycan Minifutbol Federasiyasının baş katibi Orxan Hüseynov ilin ən yaxşı minifutbolçusu adına layiq görülən Elvin Əlizadəyə mükafat təqdim edib.

Komandalar və reqlament haqqında məlumat verildikdən sonra 14 kollektivin mübarizə aparacağı və oktyabrın 1-də start götürəcək çempionatın püşkü atılıb.

Püşkə əsasən ilk turun qarşılaşmaları "Aznur”la "Çinar Zəngilan”, "Füzuli Altay”la "Zirə”, "Sumqayıt”la "Suraxanı”, "Star Bakı” ilə "Siyəzən”, "Şamaxı” ilə "Laçın”, "Birbaşa” ilə "Göyçə”, "Galaxy”, ilə "Bakı 145” komandaları arasında baş tutacaq.

Qeyd edək ki, Azərbaycan çempionatının oyunları Bakı Tennis Akademiyasında keçiriləcək.


623 oxunub

InvestAZ