XƏBƏR LENTİ
28 Sentyabr 2024
27 Sentyabr 2024
26 Sentyabr 2024
25 Sentyabr 2024
24 Sentyabr 2024



Tennis ulduzu qış olimpiadasının səfiri olacaq
İdman 16:22 / 26.09.2024

Tennis üzrə dünyanın bir nömrəsi Yannik Sinner 2026-cı ildə İtaliyanın Milan və Kortina d Ampezzo şəhərlərində keçiriləcək Qış Olimpiya Oyunlarının səfiri olacaq.

"Mən 2026-cı il Olimpiya komandasının bir hissəsi olmaqdan qürur duyuram. Hər şeydən əvvəl bu, bizə qeyri-adi layihənin - Milan və Kortina d Ampezzoda keçiriləcək Olimpiya və Paralimpiya Qış Oyunlarının bir hissəsi olmağa imkan verəcək”, - deyə Sinner yerli mətbuata bildirib.

Məlumat üçün bildirək ki, italiyalı tennisçi Paris Yay Olimpiya Oyunlarında boğazında yaranmış tonzillit (infeksion xəstəlik) səbəbindən iştirak etməyib.

23 yaşlı tennisçi bu il Böyük Dəbilqənin çətin turnirləri sayılan - Avstraliya və ABŞ Açıq yarışlarının qalibi olub.


518 oxunub

InvestAZ