XƏBƏR LENTİ
28 Sentyabr 2024
27 Sentyabr 2024
26 Sentyabr 2024
25 Sentyabr 2024
24 Sentyabr 2024



Çimərlik voleybolçulardan ibarət millimiz Ermənistana qalib gəlib
İdman 13:44 / 27.09.2024

Azərbaycanın çimərlik voleybolçuları Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunan Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında Ermənistan təmsilçilərini məğlub ediblər.

Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, kişilərdən ibarət komandamız hər iki setdə çətinlik çəkmədən qalib gəlib.

Heydər Məmmədli - Nəriman Bayramlı cütlüyü 2:0 (21:15, 21:13) hesablı zəfəri bayram edib.

Qeyd edək ki, Azərbaycan komandasının növbəti rəqibi Ukrayna təmsilçiləri olacaq.


468 oxunub

InvestAZ