XƏBƏR LENTİ
28 Sentyabr 2024
27 Sentyabr 2024
26 Sentyabr 2024
25 Sentyabr 2024
24 Sentyabr 2024



Əfsanəvi pilota həsr olunan serialın aktyor heyəti açıqlanıb - VIDEO
İdman 15:42 / 26.09.2024

Noyabrın 29-da "Senna” serialının "Netflix" platformasında premyerası olacaq. Ekran əsəri bu əfsanəvi Formula 1 pilotu Ayrton Sennanın həyatından bəhs edən Braziliya sənədli serialıdır. Senna rolunu ötən il "Ferrari" filmində Alfonso de Portaqo rolu ilə tanınan aktyor Qabriel Leone canlandıracaq. Ayrton Sennanın keçmiş həyat yoldaşı və ilk sevgilisi Lilian de Vaskonselos rolunda braziliyalı Alise Ueqmann yer alıb. Camila Mardila serialda Ayrtonun bacısı Vivyen Senna rolunda çəkilib. Beynəlxalq Avtomobil İdmanları Federasiyasının (FIA) keçmiş prezidenti Jan-Mari Balestranın rolu fransız Arno Viarda həvaləolunub. Pilot Nelson Piketi Hüqo Bonmer, Niki Lauda rolunu Yohannes Haynrix, əfsanəvi "Williams"ın qurucusu Frank Uilyamsı isə Stiven Makintoş ifa ediblər.

Məlumat üçün bildirək ki, 10 illik yarış ərzində Ayrton 41 yarışda qalib gəlib və 65 poul mövqeyini tutub. O, mətbuatdan və pərəstişkarlarından "The Wizard" və "The Rain Man" ləqəblərini alıb. 1994-cü ildə İmolada San-Marino Qran-Prisində qəza nəticəsində faciəvi şəkildə həyatla vidalaşıb.

​​​​​​​



687 oxunub

InvestAZ