XƏBƏR LENTİ
28 Sentyabr 2024
27 Sentyabr 2024
26 Sentyabr 2024
25 Sentyabr 2024
24 Sentyabr 2024



Dövlət qurumları arasında avarçəkmə üzrə yarış keçiriləcək
İdman 09:12 / 26.09.2024

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı keçiriləcək.

Sentyabrın 29-da bulvar ərazisində, federasiyanın binasının qarşısında təşkil olunacaq turnirin reqlamentinə əsasən, iştirakçılar fərdi və komanda şəklində olmaqla 1 və 2 nəfərlik kayak qayıqlarında 200 metr məsafədə mübarizə aparacaqlar.

Sentyabrın 28-də, saat 10:00-dan 15:00-dək komandaların ümumi məşqi keçiriləcək. Bir gün sonra, 10:00-da turnirin rəsmi açılış mərasimi başlayacaq. Saat 11:30-dan etibarən isə yarış start götürəcək.

Qaliblər medal, diplom və hədiyyələrlə təltif ediləcəklər.


561 oxunub

InvestAZ