XƏBƏR LENTİ
28 Sentyabr 2024
27 Sentyabr 2024
26 Sentyabr 2024
25 Sentyabr 2024
24 Sentyabr 2024



Atıcılarımız dünya çempionatında mübarizə aparacaqlar
İdman 12:01 / 26.09.2024

Sentyabrın 26-dan Perunun paytaxtı Limada atıcıq üzrə gənclər arasında dünya çempionatına start veriləcək.

Azərbaycan Atıcılıq Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 12 gün davam edəcək yarışda 51 ölkədən 566 idmançı medallar uğrunda mübarizə aparacaq. Azərbaycan komandası turnirdə 7 idmançı ilə təmsil olunacaq.

Milli komandamızın üzvləri Leyli Əliyeva, Vladislav Kalmıkov, Hacı Musayev, Zeynəb Sultanova, Sofiya Barxalova və İmran Qarayev 10 metr məsafəyə pnevmatik tapançadan, 25 və 50 metr məsafəyə kiçikçaplı tapançadan atəş açmaq üzrə güclərini sınayacaqlar.

Nigar Ramazanova isə 10 metr məsafəyə pnevmatik tüfəngdən, 50 metr məsafəyə üç vəziyyətdə tüfəngdən, həmçinin 50 metr məsafəyə uzanaraq tüfəngdən atəş açma yarışlarında ölkəmizi təmsil edəcək.

Qarışıq komanda yarışında Leyli Əliyeva və Vladislav Kalmıkov, Hacı Musayev və Zeynəb Sultanova 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmaq üzrə yarışda mübarizə aparacaqlar.

Çempionata oktyabrın 7-də yekun vurulacaq.



420 oxunub

InvestAZ