XƏBƏR LENTİ
28 Sentyabr 2024
27 Sentyabr 2024
26 Sentyabr 2024
25 Sentyabr 2024
24 Sentyabr 2024



Vüqar Həşimov Memorialının iştirakçıları arasında dəyişiklik edilib 
İdman 11:18 / 25.09.2024

Hindistan şahmatçısı Vidit Santoş Qucrati ilk dəfə Şuşada keçiriləcək Vüqar Həşimov Memorialında iştirak edə bilməyəcək.

Yarışın təşkilat komitəsindənverilən məlumata görə, 30 yaşlı qrosmeysteri həmyerlisi Aravind Çitambaram əvəzləyəcək. Dəyişikliyin hansı səbəbdən baş verdiyi bəlli deyil.

Daha əvvəl polşalı şahmatçı Yan Kşiştof Dudanın səhhətindəki problemə görə yarışa qatıla bilməyəcəyi açıqlanıb.

Qeyd edək ki, turnirdə ümumilikdə 8 şahmatçı mübarizə aparacaq. Qrosmeysterlər rapid və blits növündə mübarizə aparacaqlar.

Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi, AŞF-nin təşkilatçılığı ilə keçiriləcək Vüqar Həşimov Memorialı sayca 10-cu dəfə baş tutacaq. Ənənəvi yarışa əvvəlki illərdə Şəmkir, Bakı və Qəbələ ev sahibliyi edib.


500 oxunub

InvestAZ