XƏBƏR LENTİ
18 Aprel 2025
17 Aprel 2025
16 Aprel 2025
15 Aprel 2025
14 Aprel 2025
13 Aprel 2025



“Judo Club 2012”nin cüdoçuları qitə birinciliyində yarışacaqlar
İdman 12:36 / 27.06.2019


İyunun 27-də Polşanın paytaxtı Varşavada kadetlər arasında cüdo üzrə Avropa birinciliyi start götürüb. Yarışda 39 ölkədən 431 (234 oğlan, 197 qız) cüdoçu qalib adı uğrunda mübarizə aparacaq.
Azərbaycan millisini qitə birinciliyində 18 cüdoçu (10 oğlan, 8 qız) təmsil edəcək. Polşada qüvvəsini sınayacaq yığma komandamızın heyətində "Judo Club 2012”nin təmsilçiləri də yer alıblar.
İyunun 29-dək davam edəcək Varşava sınağında klubun üzvlərindən Nicat Məmmədli (55 kq) və Hüseyn Məmmədov (+90 kq) qalib adı uğrunda mübarizə aparacaqlar.



39873 oxunub

InvestAZ