XƏBƏR LENTİ
28 Sentyabr 2024
27 Sentyabr 2024
26 Sentyabr 2024
25 Sentyabr 2024
24 Sentyabr 2024



UEFA "Qarabağ"ı cərimələdi
İdman 15:39 / 23.09.2024

UEFA "Qarabağ" futbol klubunu 28 min 500 avro məbləğində cərimələyib.

Buna Ağdam təmsilçisinin Çempionlar Liqası matçlarında yaşananlar səbəb olub. "Qarabağ” Bolqarıstanda "Ludoqorets”ə 7:2 hesabı ilə qalib gəldiyi III təsnifat mərhələsinin cavab matçında "komandanın düzgün olmayan davranışı"na görə 6000 avro ödəyəcək.

Azərbaycan çempionu Bakıda Xorvatiyanın "Dinamo" kollektivinə uduzduğu (0:2) pley-off mərhələsinin cavab qarşılaşmasına görə daha çox ziyana düşüb. "Qarabağ" "idman tədbirinə uyğun olmayan mesajın ötürülməsi"nə görə 22500 avro cərimələnib.



733 oxunub

InvestAZ