XƏBƏR LENTİ
21 Sentyabr 2024
20 Sentyabr 2024
19 Sentyabr 2024
17 Sentyabr 2024
16 Sentyabr 2024
15 Sentyabr 2024
14 Sentyabr 2024



Şahmat Olimpiadası: komandalarımız bu gün Yunanıstan və İsveçrə yığmaları ilə qarşılaşacaq 
İdman 10:54 / 20.09.2024

Macarıstanın paytaxtı Budapeştdə keçirilən45-ci Ümumdünya Şahmat Olimpiadası davam edir. Bu günAzərbaycan yığmaları olimpiadada növbəti oyunlarını keçirəcəklər. Teymur Rəcəbovun kapitan olduğu kişilərdən ibarət kollektiv IX turda Yunanıstanla üz-üzə gələcək.

Kapitanı Mixail Şereşevski olan qadın millisi isə İsveçrə ilə qarşılaşacaq.

Ötən gün İtaliyanın müvafiq komandaları ilə üz-üzə gələn hər iki yığmamız heç-heçəyə razılaşıb.

Şəhriyar Məmmədyarov, Nicat Abasov, Rauf Məmmədov, Aydın Süleymanlı və Məhəmməd Muradlının yer aldığı kişi yığması ilə Günay Məmmədzadə, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədovadan ibarət komanda 11 xalla 20-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadasına sentyabrın 23-də yekun vurulacaq.



327 oxunub

InvestAZ