XƏBƏR LENTİ
21 Sentyabr 2024
20 Sentyabr 2024
19 Sentyabr 2024
17 Sentyabr 2024
16 Sentyabr 2024
15 Sentyabr 2024
14 Sentyabr 2024



Gənclər və İdman naziri Avropa Stolüstü Tennis Birliyinin icraçı prezidenti ilə görüşüb
İdman 00:21 / 20.09.2024

Gənclər və idman naziri Fərid Qayıbov Avropa Stolüstü Tennis Birliyinin icraçı prezidenti Pedro Migel Mouranı qəbul edib.

Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Qonağı salamlayan nazir ona ölkəmizdə idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib.

Görüş zamanı ölkəmizdə stolüstü tennis idman növünün inkişafı istiqamətində görülən işlər, hazırkı vəziyyəti, qarşılıqlı əməkdaşlıq imkanları və digər məsələlər müzakirə olunub.

Görüşdə nazir müavini Mariana Vasileva, eləcə də nazirliyin və Azərbaycan Stolüstü Tennis Federasiyasının məsul şəxsləri iştirak ediblər.


402 oxunub

InvestAZ