XƏBƏR LENTİ
20 Sentyabr 2024
19 Sentyabr 2024
17 Sentyabr 2024
16 Sentyabr 2024
15 Sentyabr 2024
14 Sentyabr 2024



AFFA-nın keçmiş icraçı direktoru FIFA-da yeni vəzifəyə təyin olundu
İdman 12:05 / 19.09.2024

FIFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru Elxan Məmmədov yeni vəzifəyə təyin olunub.

Qurumun mətbuat xidmətindən verilən məlumata görə, o, FIFA-da Üzv Assosiasiyaların direktoru vəzifəsinə təyin edilib.

AFFA-nın keçmiş icraçı vitse-prezidentinin müavini isə İsveçrə millisinin sabiq yarımmüdafiəçisi Jelson Fernandeş olub.

Qeyd edək ki, E.Məmmədov noyabrın 1-dən etibarən yeni vəzifəsinin icrasına başlayacaq.


261 oxunub

InvestAZ