XƏBƏR LENTİ
20 Sentyabr 2024
19 Sentyabr 2024
17 Sentyabr 2024
16 Sentyabr 2024
15 Sentyabr 2024
14 Sentyabr 2024



Şahmat Olimpiadası: Komandalarımız bu gün İtaliya yığmaları ilə qarşılaşacaq
İdman 10:30 / 19.09.2024

Macarıstanın paytaxtı Budapeştdə keçirilən 45-ci Ümumdünya Şahmat Olimpiadası davam edir. Bu gün kişi və qadınlardan ibarət Azərbaycan yığmaları olimpiadada növbəti görüşlərini keçirəcəklər. Hər iki komanda VII turda İtaliya komandası ilə qarşılaşacaq. 

Teymur Rəcəbovun kapitanı olduğu kişilərdən ibarət milli (Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı, Məhəmməd Muradlı) 10 xalla 14-сü, Mixail Şereşevskinin başçılıq etdiyi (Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova) qadın komandası isə 10 xalla 19-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, Şahmat Olimpiadasına sentyabrın 23-də yekun vurulacaq.


294 oxunub

InvestAZ