XƏBƏR LENTİ
28 Sentyabr 2024
27 Sentyabr 2024
26 Sentyabr 2024
25 Sentyabr 2024
24 Sentyabr 2024



AVRO-2024: A qrupunda ikinci tura yekun vuruldu
İdman 01:07 / 20.06.2024

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında A qrupunda ikinci turun oyunlarına yekun vurulub. Günün son oyununda Şotlandiya və İsveçrə yığmaları üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən oyunda qalib müəyyənləşməyib -1:1. Oyunda hgesabı matçın 13-cü dəqiqəsində Şotlandiya yığması açıb. Skott Mktominayın zərbəsindən sonra top rəqib oyunçuya dəyərək qapıdan keçib. İsveçrə millisi oyunun 26-cı dəqiqəsində Cerdan Şakirinin qolu ilə hesabı bərabərləşdirib. 

Bu nəticədən sonra xallarını 4-ə çatdıran İsveçrə millisi ikinci pillədə qərarlaşıb. Turnir cədvəlinə isə 6 xalla Almaniya yığması başçılıq edir.


5371 oxunub

InvestAZ