XƏBƏR LENTİ
18 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
15 Oktyabr 2024
14 Oktyabr 2024
10 Oktyabr 2024



Bu gün boks üzrə zona birinciliyinin final mərhələsinə start veriləcək
İdman 10:33 / 21.05.2024
Bu gün boks üzrə kadetlər arasında zona birinciliyinin final mərhələsinə start veriləcək. 
Azərbaycan Boks Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, Bakı Boks Mərkəzində keçiriləcək yarışda 17 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək.
Yarışda 56 komandanın 220 boksçusu gücünü yoxlayacaq. Final mərhələsi mayın 26-da başa çatacaq.
Döyüşlər bu gün, saat 14:00-da start götürəcək. Görüşlərdən öncə isə komandaların paradı baş tutacaq.
Qeyd edək ki, yarışın baş hakimi Anar Nağdiyev olacaq.

7007 oxunub

InvestAZ