XƏBƏR LENTİ
18 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
15 Oktyabr 2024
14 Oktyabr 2024
10 Oktyabr 2024



Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
İdman 13:22 / 14.05.2024

Azərbaycan Üzgüçülük Federasiyasına (AÜF) yeni vitse-prezident seçilib.

Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, bu gün İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Toplantıda federasiyanın 2024-cü ildə fəaliyyət planı, keçirilən yarışlar, nəzərdə tutulan yerli və beynəlxalq turnirlərdə azərbaycanlı idmançıların iştirakı müzakirə olunub.

Gündəlikdə olan digər məsələ federasiyanın vitse-prezidentinin seçilməsi olub. Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Xanlar Fətiyev bu vəzifəyə Tamerlan Abdullazadənin namizədliyini irəli sürüb. Müzakirələrdən sonra komitə üzvləri T.Abdullazadənin namizədliyini yekdilliklə dəstəkləyiblər.

Qeyd edək ki, T.Abdullazadə buna qədər federasiyanın baş katibinin müavini vəzifəsini icra edirdi. 


6411 oxunub

InvestAZ